Press "Enter" to skip to content

Tatarıstanın Rəisi işğaldan azad edilmiş torpaqlarda

Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov Zəngilanın Ağalı kəndində

BAYRAQDAR MEDİA – Qardaş Tatarıstanın Rəisi Rüstəm Minnixanov Azərbaycanda səfərdədir. Səfər çərçivəsində o, Prezident İlham Əliyevlə birlikdə Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak edib.

Xəbəri iyunun 17-də Prezidentin Mətbuat xidməti yayıb.

O da bildirilir ki, Prezident İlham Əliyev ali qonaqla birlikdə Zəngilan rayonunun Ağalı kəndində olub, sakinlərlə görüşüb.

Kəndlə tanışlıq gəzintisinin ardından dövlət rəhbərləri Ağalı kəndində rəsmi görüş keçirərək qarşılıqlı müzakirə aparıblar.

Prezidentin Mətbuat xidməti bildirir ki, bu görüşün ardından İ.Əliyev və R.Minnixanov Zəngilan Hava Limanından Bakıya yola düşüb.

Mission News Theme by Compete Themes.