Press "Enter" to skip to content

Təhsilə diqqət

Prezident Sadır Caparov

Son yeniləmə: 16 İyun 2023 15:27

Qırğızıstan Respublikasının Prezidenti yanında informasiya texnologiyaları peşə liseyi yaradılıb

BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov “99 nömrəli Peşə Liseyi” müəssisəsinə xüsusi statusun verilməsi haqqında” sərəncam imzalayıb.

Bu barədə Veçernıy Bişkek idarənin mətbuat xidmətinə istinaədn məlumat verib.

Bildirilib ki, informasiya texnologiyaları sahəsində mütəxəssislərə dünyada geniş çeşiddə mal və xidmətlərin istehsalı ilə məşğul olan şirkətlərdə böyük tələbat var: “Məhz buna görə də ibtidai, orta və ali peşə təhsili müəssisələrində informasiya texnologiyaları üzrə mütəxəssislərin keyfiyyətli hazırlanmasına diqqət yetirilməlidir”.

Məlumata əsasən, Sərəncamda deyilir: “İT sahələrində ilk peşə-ixtisas təhsilini inkişaf etdirmək, əmək bazarında tələb olunan rəqabətqabiliyyətli gəncləri hazırlamaq məqsədilə Qırğızıstan Respublikası Konstitusiyasının 66, 71-ci maddələrinə uyğun olaraq qərara alınır: Geniş maliyyə muxtariyyətinə və akademik azadlığa malik “99 saylı Peşə Liseyi” müəssisəsinə xüsusi status verilsin və daha sonra müəssisə “Qırğızıstan Respublikasının Prezidenti yanında 99 nömrəli İnformasiya Texnologiyaları Peşə Liseyi” adlandırılsın”.

Mission News Theme by Compete Themes.