Press "Enter" to skip to content

Recep Tayyib Erdoğanın Şuşa mesajı

Son yeniləmə: 16 İyun 2023 17:38

Dr. Yücel Karauz: Bu, başda İran olmaqla Zəngəzur koridoruna, əbədi sülhə qarşı olanlara sərt bir mesajdır

BAYRAQDAR MEDİA – “Təbii ki, bir ölkənin diplomatik missiyası, bu istər səfirlik, istərsə də konsulluq olsun, bir bayraq göstərişidir. Yəni bayraq göstərirsən və “Mən bu yerdə varam. Dövlətimlə, millətimlə, silahımla varam və mən bura aidəm” deyirsən”.

Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qardaş ölkənin Şuşada konsulluq açacağı ilə bağlı fikirlərini BAYARQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

O, qeyd edib ki, “dolayısı ilə sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan Şuşada Türkiyə konsulluğunun açılacağını bəyan etməklə dünyaya ciddi bir mesaj verir. Məsələ burasındadır ki, güclü Türkiyəni bəzi xarici güclər Qafqazdan çıxarmaq istəyirlər. Buna cavab olaraq isə Türkiyə deyir ki, eyni Ağdamdakı Birgə Monitorinq Mərkəzində olduğu kimi, eyni ruhumuzla Qarabağ savaşında olduğu kimi qardaş Azərbaycanın yanındayıq. Biz Qarabağdan getmirik və Türkiyə Şuşa Bəyannaməsi ilə bərabər sonsuza qədər Qarabağdadır. Artıq Qarabağdan, Şuşadan Türkün bayrağını yox saymaq mümkün deyil. Yəni dünyaya verilən mesaj budur”.

Y.Karauzun sözlərinə görə, bu həm də dünyaya başqa bir vacib mesaj deməkdir: “Bu həm də dünyaya “bu ilin sonuna qədər Zəngəzur koridoru açılacaq. Ermənilər istəsələr də, istəməsələr də üçtərəfli bəyantada verdikləri sözü yerinə yetirəcəklər. Türkiyə və Azərbaycansız Qafqazda hansısa addım atmaq istəyənlərə budan sonra vaxt, imkan tanınmayacaq. Onun üçün konsulluğun açılması önəmlidir. Bu, başda İran olmaqla bütün dünya, Zəngəzur koridoruna, əbədi sülhə qarşı olanlara “səbrimizin sonunun olduğu, kimsənin səbrimizi daşırmaması üçün sərt bir mesajdır”.

 

Mission News Theme by Compete Themes.