Press "Enter" to skip to content

Qazaxıstandan yaz, Qazaxıstanı gəzmək imkanı əldə et

Son yeniləmə: 16 İyun 2023 13:23

BAYRAQDAR MEDİAQazaxıstanın Xarici İşlər Nazirliyi Qazaxıstanın Baş Redaktorlar Klubunun və “Kazakh Tourism” Milli Şirkəti» SC-nin tərəfdaşlığı ilə Qazaxıstan haqqında yazan/material çəkən xarici jurnalistlər üçün sayca 8-ci “Qazaxıstan xarici KİV-lərin gözü ilə” müsabiqəsinə ərizələrin qəbuluna başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya qardaş ölkənin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, 2014-cü ildən başlayaraq keçirilən müsabiqənin münsiflər heyəti Qazaxıstan reallıqlarının müxtəlif aspektlərini daha kreativ, düzgün və obyektiv şəkildə işıqlandıran xarici müəlliflərin mətn və video materiallarını seçir.

Qeyd olunub ki, müsabiqədə mediada dərc olunan materiallardan başqa, sosial şəbəkələrdəki akkauntlarda yerləşdirilən bloqerlərin işləri də iştirak edə bilər: “Əsas mövzudan savayı, bu il AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) tərəfindən yeni nominasiya təqdim olunacaq və onun çərçivəsində “AQEM: Yeni Dünyada Yeni Asiya” mövzusunda yazılan işinə görə bir qalib seçiləcək. Müsabiqəyə xarici KİV-lərdə və ya sosial şəbəkələrdə 2022-ci ilin 15 iyul – 2023-cü ilin 15 iyul müddətində Qazaxıstan haqqında yerləşdirilmiş materiallarla birgə ərizələr qəbul olunur.

Müsabiqənin qalibləri Xarici İşlər Nazirinin Müavini Roman Vasilenko, Qazaxıstanın Baş Redaktorlar Klubunun Prezidenti Bibigül Jeksenbay, «Kazakh Tourism» Milli Şirkəti» SC-nin İdarə Heyətinin Sədri Talqat Amanbayev və AQEM-in hərbi-siyasi sahədə çalışan ekspert, Səfir Dulat Kuanışevin daxil olduğu münsiflər heyəti tərəfindən seçiləcək”.

Məlumatda daha sonda bildirilir: “Müsabiqənin nəticələrinə əsasən, beş coğrafi istiqamətləri üzrə beş qalib müəyyən ediləcək: Cənubi və Şimali Amerika; Avropa; MDB; Yaxın Şərq və Afrika; Asiya-Sakit okean regionu və turizmlə AQEM mövzularında iki laureat. Qaliblər zəngin mədəniyyət proqramı ilə Astana, Almatı şəhərləri, Manqistau vilayətini ziyarət etməklə, Qazaxıstana səfərlə həvəsləndiriləcəklər. Bundan əlavə, ənənəyə uyğun olaraq, laureatlar üçün xüsusi olaraq dövlət sektorunun nümayəndələri, ekspertlər və jurnalistlər, Qazaxıstanın elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil olunacaq. Bütün işlər mediacontest2023@mfa.kz elektron poçtuna 15 iyul 2023-cü il tarixindən gec olmayaraq göndərilməlidir. Müsabiqənin nəticələri 1 avqust 2023-cü il tarixinədək elan olunacaq. Suallar yarandığı təqdirdə və əlavə məlumatın əldə edilməsi üçün mediacontest2023@mfa.kz elektron poçtuna və ya +77172720987 iş nömrəsinə müraciət edə bilərsiz. Müsabiqədə iştirak qaydaları və Ərizə forması ilə bu linkdə tanış ola bilərsiniz”

Mission News Theme by Compete Themes.