Press "Enter" to skip to content

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi

Son yeniləmə: 16 İyun 2023 15:00

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahan vermək üçün 922 nəfər müraciət edib: “İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır”.

Qeyd olunub ki, namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli və özü ilə aşağı qeyd olunan sənədləri gətirməlidir:

– şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

– imtahana buraxılış vərəqəsi.

Bildirilib ki, imtahan 3 saat davam edir və namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur: “Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytında müvafiq linkdən çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmaları xahiş edilir. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 87 nəzarətçi müəllim, 13 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub”.

Mission News Theme by Compete Themes.