BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən silsilə layihələr həyata keçirilir. Onlar bu dəfə H.Əliyevin daha bir sevimli mahnısı olan “Alagöz”ü fərqli bir quruluşda ifa ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 15-də sözügedən İctimai Birlikdən daxil olub.
Xəbərdə deyilir ki, “musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə məxsus olan və Rəşid Behbudovun repertuarından ifa edilən “Alagöz” mahnısı Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən yeni nəfəslə geniş tamaşaçı kütləsinə təqdim edilib. Məşhur mahnı bu dəfə Bəbir Bəbirli, İlkin Dövlətov, Ərəstun Quliyev və Qarabağ qazisi Məbud Əhmədov tərəfindən ifa olunub. Tarda ifa isə Əməkdar artist Şəhriyar İmanova aiddir. Çəkilişi Beynəlxalq Muğam Mərkəzində olan layihənin bədii rəhbəri B.Bəbirli, klipin operator və montajçısı Əliəsgər Mirzəyevdir”.
İctimai Birliyinin sədri Ülviyyə Bəbirli layihə haqqında məlumat verib: “Bu layihəni Ulu Öndərimizin ölməz ruhuna ehtiram əlaməti olaraq məhz 15 İyunda təqdim etmək istədik və çox sevinirik ki, bunu edə bildik. Biz hər zaman Öndərimizin yolundayıq”.
Sədr onu da qeyd edib ki, belə layihələr yeni səslər və simaların tanınması məqsədilə davamlı olaraq ictimaiyyətə təqdim olunacaq.