BAYRAQDAR MEDİA – Yeniyetmə və gənclərdə ünsiyyət, qarşılıqlı dialoq, gender bərabərliyi və cinsi tərbiyə vacib mövzulardandır. Bunu nəzərə alan Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası studiyadakı uşaq və yeniyetmələr, eləcə də dinləyici kimi iştirak edib maariflənmək istəyən hər kəs üçün açıq görüş-müzakirə təşkil edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 16-da sözügedən Teatrdan daxil olub.
Xəbərdə deyilir ki, “Ümum-Rusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü, 12 ildir psixoloq kimi fəaliyyət göstərən psixoloq Vəfa Əkbər dinləyicilərə yuxarıda qeyd olunan məsələlər ətrafında istiqamətlər verəcək. Mütəxəssis fəaliyyəti dövründə depressiya, panik atak, təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntular, yeniyetmələrlə, gənclərlə, ailədaxili problemlərlə bağlı işləri ilə seçilən ixtisaslı kadrdır”.
Qeyd edək ki, görüş-müzakirə iyunun 17-si saat 15:00-da Teatrın tamaşa salonunda olacaq və giriş sərbəstdir.