Son yeniləmə: 16 İyun 2023 08:25
Vüqar Bayramov: Türkiyə xüsusilə orta müddətli dövrdə milli valyutanın məzənnəsinin qorunub saxlanması və stabilləşməsinə nail ola bilər
BAYRAQDAR MEDİA – “Təbii ki, yeni kabinet Türkiyədə iqtisadi islahatların dərinləşməsi baxımından vacib bir seçim idi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu kabinetin üzvlərinə diqqət yetirsək görərik ki, əsas məqsəd infliyasiyaya qarşı mübarizənin gücləndirilməsi, milli valyutanın məzənnəsinin stabilləşməsi və iqtisadi islahatların dərinləşməsidir: “Yəni müvafiq sahələrə reallaşan yeni təyinatlarda da məqsəd ondan ibarətdir ki, makroiqtisadi stabilliyə nail olmaq mümkün olsun. Bu təyanatlar ondan xəbər verir ki, Türkiyə xüsusilə orta müddətli dövrdə milli valyutanın məzənnəsinin qorunub saxlanması və stabilləşməsinə nail ola bilər. Bu istiqamətdə də işlər davam etdirilir”.