Press "Enter" to skip to content

Ermənistanın iyunun 15-də törətdiyi təxribatın üç səbəbi var

Dr. Yücel Karauz

Son yeniləmə: 16 İyun 2023 08:54

Türkiyəli generaldan maraqlı açıqlama

BAYRAQDAR MEDİA – “Erməni ermənidir və hər zaman olduğu kimi, erməniliyini edir. Hər dəfə sülh danışıqlarından öncə və sonra ermənilər bu cür təxribatlara əl atır”.

Bunu Ermənistanın iyunun 15-də törətdiyi növbəti hərbi təxribat barədə danışan Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, Ermənistanın iyunun 15-də törətdiyi təxribatın üç səbəbi var: “Birincisi, sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Azərbaycana səfər etməsi. İkincisi, Şuşa Bəyannaməsinin ildönümü olması. Üçüncüsü isə Azərbaycanın Milli Qurtuluş Gününün olmasıdır. Lakin hər dəfə olduğu kimi bu dəfə də ermənilər qazdıqları quyuya özləri düşdülər. Azərbaycan şəffaf şəkildə Ermənistanın bu cinayətini də qısa zaman ərzində ifşa etdi”.

Dr. Y.Karauz deyib ki, Azərbaycan həmçinin, əsgərinə, Ordusuna qarşı törədilən cinayətə misli ilə cavab verir: “Azərbaycana qarşı atılan bir mərmiyə minlərlə mərmi ilə cavab verilir. Təbii ki, Azərbaycan beynəlxalq hüquqa əsasən bu addımı atır. Eyni zamanda, Azərbaycan diplomatik cəbhədə də silsilə uğurlar qazanır. Ona görə də bu cür təxribatlar olacaq. Amma güclü Azərbaycan dövləti və rəşadətli Azərbaycan Ordusu nəyi nə zaman və necə edəcəyini bilən cənab İlham Əliyevin liderliyində bütün hücumlara cavab verir. Bu ilin sonuna qədər terrorçular bölgəni tərk etməyəcəyi, Zəngəzur koridoru açılmayacağı təqdirdə dəmir yumuruq bir daha ermənilərin təpəsinə dəyəcək”.

Mission News Theme by Compete Themes.