Press "Enter" to skip to content

Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmaqda davam edir

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 16-də Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə daha sonra bildirilir ki, “saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”.

Mission News Theme by Compete Themes.