Press "Enter" to skip to content

Azərbaycanın dostuna yeni vəzifə

Son yeniləmə: 16 İyun 2023 09:29

Sayit Yusuf TÜRKSOY-un baş katibinin müavini oldu

BAYRAQDAR MEDİA – Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədr müavini vəzifəsində uzun illər çalışmış Sayit Yusuf TÜRKSOY-un baş katibinin müavini təyin edilib.

Bu barədə YTB sədri Abdullah Eren sosial şəbəkə hesabından paylaşım edib.

Paylaşımda deyilir: “Vəzifələrində hər zaman türk dünyasının birliyi və bərabərliyi üçün çalışan dəyərli həmkarım və başqan müavini, böyük qardaşım Sayit Yusifi yenə türk dünyasına xidmət edəcəyi TÜRKSOY-a baş katibin müavini olaraq yola saldıq. Təbrik edirəm”.

Artıq TÜRKSOY baş katibinin müavini kimi vəzifəsinin icrasına başlayan Sayit Yusuf isə öz paylaşımında aşağıdakılaır qeyd edib: “Hörmətli sədr Abdullah Eren, əziz həmkarlarım, mən sizinlə 6,5 il keçirdim. Biz birlikdə çox xoş və uğurlu işlər görmüşük. Hər şey üçün çox sağ olun. Bundan sonra fərqli şəkildə də olsa, öz könül coğrafiyamıza yönəlik birgə çalışacağıq”.

Onu da qeyd edək ki, Sayit Yusif bir Azərbaycan sevdalısı, Azərbaycan dostudur.

Mission News Theme by Compete Themes.