Son yeniləmə: 16 İyun 2023 13:50
Rəşad Cabirli: “İş Dünyası 100 Yılın Zirvesi” keçiriləcək
BAYRAQDAR MEDİA – İstanbulda MÜSİAD Genəl mərkəzində “İş Dünyası 100 Yılın Zirvesi” adı altında tədbir keçiriləcək.
Bu barədə MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli məluamt verib.
O, qeyd edib ki, tədbir 13-14 iyul tarixlərində keçiriləcək. R.Cabirli bildirib ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyib Erdoğanın Azərbaycana səfərindən sonra MÜSİAD, KOBİA, KOBSKA və MÜSİAD-Azərbaycanın təşkilatçılığı ilə belə bir tədbirin keçirilməsinə qərar verilib: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhiryyətinin qurulmaısnın 100-cü ildönümənə həsr olunan tədbirədə iş adamları bir araya gələcək”.
MÜSİAD-Azərbaycanın missiyasına və dəyərlərinə sadiq qalaraq yarandıqları gündən layihələr hazırladıqlarını deyən R.Cabirli “Qardaşlıq ruhunu tərəfdaşlıq sivilizasiyası ilə birləşdirmək” məqsədinə əsaslanan hədəflərə uyğun olaraq, Azərbaycandan müəyyən edilən sektorlarda fəaliyyət göstərən iş adamlarının İstanbulda eyni sektorlarda fəaliyyət göstərən iş adamları ilə bir araya gətiriləcəyini bildirib. O, 13-14 iyul tarixlərində 2 günlük əhatəli proqramın hazırlandığını və bu proqram çərçivəsində konfransın, B2B görüşlərinin keçiriləcəyini, sərgi və ticarət obyektlərinin ziyarət olunacağını bildirib.