Press "Enter" to skip to content

Ermənilər Qarabağda da silahlı təxribat törədib

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri iyunun 15-i səhər saatlarında Azərbaycan Sərhəd Xidmətinin Laçın postuna atəş açaraq bir sərhədçini yaralayıb.

Ermənistan Laçın postuna atəş açdı, sərhədçini yaraladı

Az öncə Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdə isə bildirilir ki, eyni vaxtda Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri də təxribata yol verib: “İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

Mission News Theme by Compete Themes.