Press "Enter" to skip to content

Təhsil müşaviri ‘P.Z. Penko” İbtidai məktəbində

Son yeniləmə: 14 İyun 2023 14:23

BAYRAQDAR MEDİA – Türkiyənin Skopyedəki səfirliyinin təhsil müşaviri Ömər Yerlikaya Skopye şəhərində Makedon, alban və türk dillərində təhsil verən “Petar Zdravkovski Penko” İbtidai məktəbində olub.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Məlumata əsasən, Ö.Yerlikaya bu səfər çərçivəsində məktəb direktoru Mevlide Elezi Kryeziu, türkiyəli müəllim və şagirdlərlə görüşüb.

Görüş zamanı təhsil şəraitinin yaxşılaşdırılması və tələbələrin daha yaxşı şəraitdə təhsilinin davam etdirilməsi mövzuları müzakirə olunub.

Mission News Theme by Compete Themes.