Press "Enter" to skip to content

Səhiyyə Nazirliyində Qlobal Fondun Missiyası ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyevanın başçılıq etdiyi Missiya ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 13-də sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edib. O, bildirib ki, hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və Azərbaycanın vərəmlə mübarizəsinə böyük töhfə verir. Nazir bu səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib”.

Daha sonra xəbər qeyd olunur ki, “öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın AIDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirdiklərini, göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. O.Avdeyeva həmçinin son zamanlar Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə bir sıra mühüm layihələrin uğurla icra olunduğunu vurğulayıb”.

Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Mission News Theme by Compete Themes.