Son yeniləmə: 14 İyun 2023 12:52
BAYRAQDAR MEDİA – Sofiyada Demokratiyanın Öyrənilməsi Mərkəzi və “Konrad Adenauer” Fondu tərəfindən “Qara dəniz regionunun enerji siyasətinə Kremlin təsir üsullarının qarşısının alınması” mövzusunda dəyirmi masa keçiriləcək.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, Avropa və ABŞ-dan aparıcı ekspertlərin qatılacağı forumda Rusiyadan enerji asılılığının tamamilə aradan qaldırılması, təbii qazın regionun iqtisadi təhlükəsizliyi üçün əhəmiyyəti, Rusiyanın Ukraynaya hücumuna qarşı NATO-nun Doğu qanadının gücləndirilməsi məsələləri müzakirə olunacaq.