Press "Enter" to skip to content

Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 İyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək bu günün tarixinə nəzər salıb, o dövrdə xalqın yeganə ümid yerinin məhz Ulu Öndər Heydər Əliyev olduğunu bildirib. Professor H.Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində ikinci səhifə açıldığını qeyd edib. O, həmçinin vurğulayıb ki, bundan sonra Azərbaycanda bir çox sahələrdə inkişaf başlayıb.

M.Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin məhz H.Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu söyləyib. O, Azərbaycanın müasir dövrdəki inkişafından danışarkən H.Əliyevin davamçısı Prezident İlham Əliyevin Azərbaycanda gördüyü işlərə diqqət çəkib. Baş direktor eləcə də Prezidentin təkcə Azərbaycanda deyil, həm də beynəlxalq aləmdə olan nüfuzundan söhbət açıb.

Professor çıxışı zamanı Prezidentin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü də xatırladıb, bu mövzuda görüləcək işlərdən bəhs edib.

Çıxışının sonunda M.Əliyev MEK kollektivini Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, kitabxanada sözügedən mövzuda sərgi də təşkil edilib.

Mission News Theme by Compete Themes.