Son yeniləmə: 14 İyun 2023 14:53
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın xarici işlər naziri və BDİ sözçüsü Buyar Osmani müxalifətə üç bəndlik təkliflə çıxış edib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, B.Osmaninin ana müxalifət olan VMRO-DPMNE-yə təklif etdiyi üç bənd arasında Konstitusiya dəyişikliyi təklifinin qəbulu da var: “Osmani ikinci bənddə BDI-nin hökumət ortaqlığından çıxacağını və müvəqqəti Pırjino hökumətində iştirak etməyəcəyini bildirib. Üçüncü bənd isə siyasi partiya rəhbərləri və direktorları barəsində istintaqın başlanmasıdır”.
B.Osmani bəyan edib ki, beynəlxalq ekspertlərin iştirakı ilə siyasi partiya liderləri və idarə heyəti üzvlərinin cinayətdə iştirak edib-etməməsi araşdırılmalıdır: “Bu təklif də rədd edilərsə, BDİ-nin də b planı var. Strategiya baxımından bunu ictimaiyyətlə paylaşmayacağam. Amma bununla sizi əmin edirəm ki, ilin sonuna qədər b planı həyata keçiriləcək”.