Press "Enter" to skip to content

Bu il 98 mindən çox şəxs XI sinfi bitirir

BAYRAQDAR MEDİA – 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari tədris ilində ümumi təhsil müəssisələrində 98649 nəfər XI sinfi, 145597 nəfər isə IX sinfi bitirir: “Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb”.

Mission News Theme by Compete Themes.