Son yeniləmə: 13 İyun 2023 12:33
BAYRAQDAR MEDİA – Türkmənistanın Dəniz Ticarət Donanmasının gəmilərinin konteyner daşımalarının artımında müsbət tendensiya müşahidə olunur.
Bu barədə Türkmənbaşı limanına istinadən Atavatan-Türkmenistan məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində Türkmənbaşı – Ələt (Azərbaycan) istiqamətində konteynerlərdə yükdaşımaların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,42 dəfə artaraq 13 min 34 ton olmaqla 31 min 572 tona çatıb: “Daşınan konteynerlərin ümumi sayı 1580 TEU-ya çatıb ki, bu da 2022-ci ildəki əvvəlki illə müqayisədə (465 TEU) 35,84% çoxdur. 2023-cü ilin yanvar-aprel aylarında tranzit konteynerlər ümumi konteynerlərin 43,2%-ni təşkil edir”.