BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan iyunun 12-də Azərbaycana dövlət səfərinə gəlib.
Azərbaycan Prezidentinin Mətbuat xidməti iyunun 13-də xəbər verib ki, Türkiyə Cümhurbaşqanı üçün rəsmi qarşılanma mərasimi təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəli həmkarını fəxri mərasimlə qarşılayıb.
Mərasimin ardından iki ölkə başçısının təkbətək görüşü olub.
Təkbətək görüş bitdikdən sonra dövlət başçılarının da iştirakı ilə geniş tərkibli heyətlərarası görüş keçirilib.
Bundan sonra isə dövlət rəhbərləri mətbuat üçün bəyanatla çıxış edib.
Ölkə başçıları birinci xanımlarla birlikdə işçi nahar etdikdən sonra İlham Əliyev və Recep Tayyip Erdoğan Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak edib.
R.T.Erdoğanın Azərbaycana səfərə başa çatıb və o, Türkiyəyə yollanıb. Qardaş ölkə başçısını Bakı Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev şəxsən yola salıb.