Press "Enter" to skip to content

Bu səfərin dövlət səfəri olması diqqətdən yayınmamalıdır

Hulusi Kılıç

Hulusi Kılıç: İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Cümhurbaşqanı Receb Tayyip Erdoğan ilk səfərini Azərbaycana edir

BAYRAQDAR MEDİA – “Son seçkilərin nəticəsi mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyə cümhurbaşqanı seçkilərindən sonra qlobal bir gücə çevrilərək, daha da gücləndi. 21 illik iqtidarından sonra sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan bir daha xalqdan dəstək aldı”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O, deyib ki, bu sadəcə Türkiyə üçün deyil, türk dünyası üçün önəm kəsb edən seçkilər idi: “Prezident seçkilərində Azərbaycan ictimaiyyəti Recep Tayyib Erdoğana birmənalı dəstək göstərdi. Bu mütləq dəstəyin, sayın Erdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyev seçkilərin birinci turundan sonra R.T.Erdoğana zəng etdi və onu, yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki cümhurbaşqanı seçkilərinin ikinci turundan sonra da R.T.Erdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu”.

H.Kılıçın sözlərinə görə, ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Cümhurbaşqanı R.T.Erdoğan ilk səfərini Azərbaycana edir: “Onu da qeyd edim ki, bu səfərin dövlət səfəri olması da diqqətdən yayınmamılıdır. Çünki ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında, ilk sırada məhz ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Dövlət səfərləri xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir”.

Qeyd olunub ki, hazırda Ankaranı daha da gücləndirən eyni zamanda can Azərbaycanın Türkiyəyə verdiyi dəstək və türk dövlətlərinin Ankaranın yanında olmasıdır”.

Mission News Theme by Compete Themes.