BAYRAQDAR MEDİA – Türk Dünyası MS Araşdırmalarına Dəstək Dərnəyi, Nevroloqların Milli Assosiasiyası (NMA) və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının (AUNA) birgə təşkilatçılığı ilə Bakıda V Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi keçirilib.
Bu haqda Səhiyyə Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tədbirin açılışında səhiyyə nazirinin müavini Nadir Zeynalov, NMA-nın prezidenti Rəna Şirəliyeva, Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru Nazim Qasımov, AUNA-nın prezidenti Aytən Məmmədbəylİ, Gülhanə Təhsil və Tədqiqat xəstəxanasının professoru Şeref Demirkaya, Kocaeli Universiteti Araşdırma və Tətbiq Xəstəxanasının professoru Hüsnü Efendi və digərləri çıxış ediblər”.
Beynəlxalq konqresə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstandan canlı və onlayn formatda 300-dək iştirakçı qatılıb.
Tədbir SN-nin Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunub və 17 DTT kredit balı ilə qiymətləndirilib.