Press "Enter" to skip to content

Azərbaycan və Kuba Səhiyyə nazirlikləri arasında əməkdaşlıq

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycanın Səhiyyə Nazirliyində Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 13-də Səhiyyə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Kuba arasında dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Nazir ölkələr arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirib. Azərbaycanın səhiyyə naziri cari ilin mayında Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində kubalı həmkarı Xose Anxel Portal Miranda ilə görüşü xatırladıb. T.Musayev həmçinin iki ölkə arasındakı əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu deyib”.

Daha sonra xəbərə deyilir ki, “səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, səfərin məqsədi Azərbaycanda fəaliyyət göstərən xəstəxanalara ilkin baxış keçirtmək və onların mövcüd maddi texniki bazası ilə tanış olmaqdır”.

Görüş zamanı tibbi təhsil, müalicə-sağlamlıq turizmi, perspektivdə biotexnoloji və əczaçılıq istehsallarının Azərbaycanda təşkili, səhiyyə sahəsində iki ölkə arasında gələcəkdə Anlaşma Memorandumunun imzalanması və digər istiqamətlərdə birgə fəaliyyətlər barədə müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.