Son yeniləmə: 12 İyun 2023 14:56
BAYRAQDAR MEDİA – “MHP və ülkücü düşmənçiliyi edən iki Fatehə seçkinin qalibinin MHP olduğunu etiraf etdirdik”.
Türkgün Gazetesi xəbər verir ki, bunu MHP-nin sədr müavini Yaşar Yıldırım Önder Kahveci’nin yeniden Genel Başkan seçildiği Türkiye Kamu-Sen 1-ci qurultayında çıxışdan deyib.
Məlumata görə, Yaşar Yıldırımın 2023-cü il seçkilərinin nəticələrini dəyərləndirən çıxışında MHP və ülkücülərlə düşmənçilik edən Fatih Altaylı və Fatih Portakalın seçkilərin qalibinin MHP olduğunu etiraf etdiklərini söyləyib: “2023-cü il seçkiləri son yüz ildə Türkiyənin ən mühüm seçkiləri idi. Hər seçimin öz missiyası var. Bu seçim elə bir seçim idi ki, ağ-qara seçimi idi, aralarında boz rəng yox idi, bozun heç bir çalarları yox idi. Əlhəmdülillah, bu seçkinin qalibini MHP-yə düşmənçilik edən iki fateh elan etdi. Onlardan biri Fatih Altaylı, digəri isə Fatih Portakaldır. MHP-ni və Ülküçü Hərəkatı sevmirlər, bəyənmirlər, düşmən hesab edirlər. Amma hər ikisinə bu seçkinin qalibinin MHP olduğunu deməyə məcbur etdik”.