Son yeniləmə: 12 İyun 2023 11:16
BAYRAQDAR MEDİA – “Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın bu vəifəyə növbəti dəfə seçildikdən sonra ilk rəsmi xaricə səfərini KKTC-yə edəcək olması Ana Vətənlə KKTC dövləti arasında bənzərsiz əlaqələrin əhəmiyyətini təsdiqləyir”.
Bunu KKTC xarici işlər naziri Tahsin Ertuğrolu deyib.
Onun sözlərinə görə, R.T.Erdoğanın səfərləri Türkiyənin Kıbrıs türk xalqının qanuni hüquq və mənafelərini qorumaq və KKTC-nin tanınma siyasətini dəstəkləmək əzmini bir daha vurğulayır: “Cümhurbaşqanı Erdoğanın liderliyində müdafiə sənayesində mühüm inkişaflar əldə edən Türkiyə Cümhurbaşqanının səfərləri ilə bağlı Kıbrıs Rum İdarəsində (KKİ) haqsız şərhlər edilir. Kıbrısın Rum Administrasiyası hələ də adanın “yeganə nümayəndəsi” olduğu barədə yanlış təsəvvürdədir. Gec-tez o, anlayacaq ki, öz ərazisi üzərində suverenliyə malik olan dövlətimizin varlığını inkar etmək cəhdi həqiqəti dəyişməyəcək”.
Gündem Kibrisin məlumatına görə, T.Ertuğruoğlu əlavə edib ki, “Sürətlə inkişaf edən müdafiə sənayesinin təsiri ilə güclənən Türk Ordusu və dünyada təsiri sürətlə artan Türkiyə Cümhuriyyətinin Kıbrıs türk xalqına qarşı təhdidləri aradan qaldıracağına, KKTC-nin tanınmasına gedən yolu da açacağna inamımız tamdır”.