Son yeniləmə: 12 İyun 2023 09:40
Əkbər Qoşalı: Ermənistan-Azərbaycan sülh danışıqları üçün Ankara formatı təklifi ilə çıxış edənləri haqlı buluruq
BAYRAQDAR MEDİA – “Azərbaycan məlum Brüssel sülh gündəliyini ilk gündən səmimi şəkildə dəstəkləyib, öz töhfələri ilə iştirak edib. Çünki bizim xarakterimiz sülhə, ədalətə köklənib. Bəli, məhz ədalətəli sülh bizim 30 il boyunca dünya erməniliyinə, qurama Ermənistanın bütün dəstəkçilərinə qırmızı cizgi olaraq anlatdığımız həqiqət idi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.
Ə.Qoşal bildirib ki, o vaxtları bizə “gerçəkliklərlə barışmaq” təklif olunurdu, “təmas xətti”ndə sakitçilik və danışıqlar tövsiyə olunurdu: “Olunurdu ki, biz anti-sülhü sülh kimi qəbul edək. Etmədik. İndi isə tarixi Zəfərə imza atmış dövlət kimi Ermənistan deyilən keçici dövlətə ədalətli sülhün şərtlərini qəbuldan başqa bir yol tanımırıq. Bu yerdə dövriyyəyə Paris, Vaşinqton, Moskva, Soçi və Brüssel ünvanlı sülh platformaları, danışıq masaları daxil olur. Biz harda olur-olsun öz sözümüz deyirik. Sanki yarış içində olan paytaxtlar sözümüzün imzamız qədər keçərli olduğunu da, qarşı tərəfin hətta imzasının da bir ciddilik ifadə etmədiyini yaxşı bilirlər. Bunlar öz yerində. Bəs Nikol Paşinyanın bu günlərdə yeni paytaxt, yeni qucaq, yeni sığınma yeri axtardığını görmürükmü? N.Paşinyanın qardaş Türkiyənin Cümhürbaşqanı Recep Tayyip Erdoğanın möhtəşəm andiçmə törəninə az qala yüyürə-yüyürə getməsini, ümumən erməni başbilənlərinin özünü “milləti-sadıka”, “tabayi-sadıka” görkəmində aparmağa cəhdibi görmürükmü guya?.. Ona görə də, Ermənistan-Azərbaycan sülh danışıqları üçün Ankara formatı təklifi ilə çıxış edənləri haqlı buluruq. Madam “milləti-sadıka”, “tabayi-sadıka” olmaq istəyirsiz, o zaman gəl Ankarada masaya otur, “iki masada eyni vaxtda oturmaq” mərəzindən qurtul və ədalət gör, əsalət gör, urvat gör…Türkiyənin dövlət arxivi, Azərbaycan dövlət arxivi Ermənistan vətəndaşlarının, Qarabağda məskunlaşmış ermənilərin önəmli hissəsinin nəsil-nəcabətinin hardan gəlib-harayadək getdiyinin bilgilərini də daşıyır”.
Xatırladaq ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu günlərdə yerli televiziya kanallarInın birində qatıldığı proqramda maraqlı bir fikir səsləndirİb. O, Ermənistanla Azərbaycan arasında sülh müqavləsinin imzalanması üçün Türkiyənin daha çox önə çıxmasının, Ankara formatının yaranmasının vacib olduğunu bildirib.
Öz növbəsində Ə.Qoşalı deyib ki, N.Paşinyan Ankara formatı idrakında bulunsa, düdü quşu kimi ötdüyü 29,8 min km2 mövzusu da uhulət-suhulət müstəvisi qazanar: “Daha doğrusu, ermənilərin Qafqazda təhlükəsiz yaşamı mümkün ola bilər. Açığı, getdikcə nəinki özgəsinə heç özünə umac ova bilməyən duruma düşən Parisdən, Ukrayna bataqlığında çabalayan Moskvadan, çox amma çox uzaqlardakı Vaşinqtondan İrəvana haray olmayacağı gün anban yaxınlaşır. Yaxınlıqda isə Ankara va, Bakı var… Həmişə də var olacaqlar”.