Son yeniləmə: 12 İyun 2023 10:21
BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaqanı Recep Tayyip Erdoğan bu vəzifəyə növbəti dəfə seçildikdən sonra ilk xarici səfərlərini iyunun 12-13-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) və Azərbaycana edəcək.
Bu barədə Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığına istindaən Haber Kibris məlumat yayıb.
Bildirilib ki, R.T.Erdoğanın KKTC səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün istiqamətlərdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq, adada baş verənlər ətraflı müzakirə olunacaq, regional və qlobal məsələlər müzakirə ediləcək.
Gündem Kibris isə xəbər verir ki, KKTC-yə iynun 12-də günorta saatlarında gələcək R.T.Erdoğan bir günlük səfəri çərçivəsində Cümhurbaşqanı Ersin Tatarla görüşəcək və birgə mətbuat konfransı keçirəcək: “Cümhurbaşqanlıönda öncə təkbətək, daha sonra nümayəndə heyətləri arasında görüş keçiriləcək. Görüşdən sonra saat 14.30-da birgə mətbuat konfransı keçiriləcək”.