Son yeniləmə: 12 İyun 2023 19:04
Azərbaycanlı yazardan Qırğızıstanla bağlı maraqlı fikirlər
BAYRAQDAR MEDİA– Müstəqillik tarixində 3 dəfə çevriliş cəhdi görən Qırğızıstanda siyasi böhran və daxili qarşıdurmalardan dərs alan Sadır Caparov ehtiyatlı davrana bilib.
Qırğızıstanda dövlət çevrilişinə cəhd edənlərin kimliyi bəlli oldu
Bu barədə əslən Azərbaycandan olan Elnur Paşa Türkgün Gazetesindəki köşə yazısında bildirib.
Maraqlı məqamlara toxunulan köşə yazısında qeyd edilib ki, “2021-ci ildə aralarında siyasətçilərin, əsgərlərin və bürokratların da olduğu bir komandaya qarşı çevriliş planlaşdırdıqları əsası ilə əməliyyat keçirilmişdi. Analoji əməliyyat üçün düymə iyunun 5-də basılıb. Ölkədə eyni vaxtda 30-dan çox əməliyyat aparılıb. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi 6 iyun 2023-cü il tarixində keçirilən əməliyyatla bağlı açıqlama verərək, cinayət təşkilatının üzvlərinə aid çoxlu təşkilati sənədlərin və səs yazılarının ələ keçirildiyini açıqlayıb”.
Müəllif mümkün çevriliş cəhdinin arxasında FETÖ terror şəbəkəsinin durduğunu mümükün sayır: “Digər tərəfdən, həbs olunan adların bəzilərinin FETÖ-yə yaxın olması və S.Caparova müxalif olması da Qırğızıstanda çaşqınlıq yaratmaq istəyənlərin kimlər olması barədə ipucu verir. S.Caparov hökumətinin Türkiyə ilə yaxın münasibətləri, xüsusən də ölkədə FETÖ-ya bağlı bir nömrəli şəxsin təhvil verilməsi FETÖ-nün Qırğızıstandakı mövcud hakimiyyətdən narazı qalmasına səbəb olub”.