Press "Enter" to skip to content

Qasım-Jomart Toqayev yanğınla bağlı toplantı keçirib

Toplantı zamanı

Son yeniləmə: 12 İyun 2023 09:29

BAYRAQDAR MEDİA – “Ümumiyyətlə, bu sahədə çoxlu və həll olunmamış problemlər var”.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Abay bölgəsində fövqəladə hallar qərargahının iclasında bildirib.

Aikyn.kz xəbər verir ki, iclas yanğın zamanı həlak olanların xatirəsinin yad edilməsi ilə başlayıb. İclasda çıxış edən Qasım-Jomart Toqayev, “Ölkəmizdə yenidən fəlakətli yanğınlar baş verir. Təəssüflər olsun ki, dilsiz düşmənlə mübarizə zamanı vətəndaşlarımız həlak olub. 14 nəfər öz xidməti borcunu yerinə yetirərkən rəşadətlə həlak olub. Mən indicə bu insanların qohumları ilə tanış oldum. Mərhumların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Gəlin dünyasını dəyişən vətəndaşların xatirəsini bir dəqiqəlik sükutla yad edək” deyib.

Prezident bildirib ki, qarşıda görüləsi çox iş var.

Kazinform agentliyi isə xəbər verir ki, baş vermiş güclü meşə yanğınları ilə əlaqədar Prezident Kasım-Jomart Toqayev iyunun 12-ni ölkədə ümummilli matəm günü elan edib.

Bildirilib ki, meşə yanğınları nəticəsində Abay bölgəsində 14 nəfər həlak olub, 316 nəfər təxliyə edilib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev böyük meşə yanğınları fonunda fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Mission News Theme by Compete Themes.