Son yeniləmə: 13 İyun 2023 10:18
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablardan biri də məşhur azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas Xəlil Rza Ulutürkün “Məndən başlanır Vətən” kitabıdır.
Müəllifin bu kitabı 1988-ci ilin təkrar nəşridir. Kitabdakı siyasi-ideoloji və sosial-siyasi şeirlər 1980-ci illər Azərbaycan cəmiyyətinin yaramazlıqlarını aydın göstərir, sosial-siyasi rejimi kəskin tənqid və ifşa edirdi. Bu səbəbdən kitab vaxtilə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirovun göstərişi ilə “Azərnəşr” rəhbərliyi tərəfindən həbs edilmiş, mətbəədə saxlanılaraq yayılmasına qadağa qoyulmuşdu. Buna baxmayaraq, kitab əhalinin tələbi ilə həbsdən buraxılmış və 30 min tirajla yayılmışdı. O zaman əllərində X.Rzanın “Məndən başlanır Vətən” kitabı ilə mitinq və nümayişlərə yollananlar da az olmamışdı.
Nəşr sosial-siyasi və mədəni yüksəlişə mane olan antipodlara və məmurlara qarşı ideoloji mübarizə aparan şeir və poemalar toplusudur.
Kitabdakı şeirlərdən birində deyilir:
Ayıltsın nakəsi ildırımlarım.
Bütlərin, kütlərin kal peysərində
Barı heç olmasa bir qılınc qırım…
Qeyd edək ki, kitabı tərtib edən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəxri filologiya doktoru Firəngiz xanım Ulutürk, redaktorlar Zəlimxan Yaqub (1988-ci il nəşri), Əlizadə Əsgərlidir. (2014-cü il nəşri)