Press "Enter" to skip to content

Kastamonuda türk dünyasının coşğusu

Festival zamanı

Son yeniləmə: 12 İyun 2023 13:02

BAYRAQDAR MEDİAKastamonuda keçirilən 23-cü Ənənəvi Türk Dünyası Günləri çərçivəsində müxtəlif tədbirlər olub.

Kırım Haber Ajansının məlumatına görə, Cümhuriyyət Meydanı Xalq Təhsil Mərkəzində türk dünyasının ortaq dəyəri olan Cengiz Aytmatovun vəfatının 15-ci ildönümü ilə əlaqədar türk dünyasına həsr olunmuş panel keçirilib.

Bildiirlib ki, tədbir çərçivəsində türk dünyasının hər yerindən qruplar səhnədə ənənəvi geyimləri ilə öz şoularını nümayiş etdiriblər: “Monqolustan sənətçiləri mahnı oxuyarkən, Çuvaşiya və Rumıniyadan olan qruplar rəqs edib. Tədbirin ikinci günündə Türk dünyasının dəyərli sənətçisi Kaya Kuzucu qırğızıstanlı sənətçi Gülbarçın Miyzamova və azərbaycanlı sənətçi Aşık Revani Lerikli ilə duet oxuyub. Sonra Kastamonu səmasında pilotsuz təyyarə və atəşfəşanlıq nümayişi keçirilib. Rəngarəng anlara səhnə olan dron şousunda səmada “Türk Dünyası” və “Kastamonu” sözləri yazılıb. Bundan əlavə, Türkiyə bayrağı və Bozqurd simvolu proyeksiya edilib”.

Gecə tanınmış müğənni Bengünün konserti il davam edib.

Mission News Theme by Compete Themes.