Son yeniləmə: 12 İyun 2023 10:32
BAYARQDAR MEDİA – İraqın Kərkük şəhərində “qanamalı qızdırma” kimi tanınan “Hemorragik qızdırma” virusu diaqnozu qoyulan 3 nəfərdən biri dünyasını dəyişib.
Bu barədə məlumatı Türkmeneli TV yayıb.
Məlumata əsasən, Kərkük səhiyyə şöbəsinin müdiri Ziyad əl-Cubburi bildirib ki, şəhərdə xəstəxanaya yerləşdirilən 3 nəfərdə “Hemorragik qızdırma” virusu aşkarlanıb: “Cubburi qeyd edib ki, bu insanların test nəticələri əvvəllər deyildiyi kimi Ebola virusu deyil, “Hemorragik qızdırma” virusu olub. Xəstəliyə yoluxanlardan birinin dünyasını dəyişdiyini, digər ikisinin isə müalicədən sonra evə buraxıldığını bildirən Cubburi, həm Səhiyyə Nazirliyinin, həm də Kərkük yerli rəhbərliyinin onlara böyük dəstək verdiyini bildirib”.
Virusun əvvəlki illərdə ölkənin cənub bölgələrində ortaya çıxdığını qeyd edən Cubburi, epidemiyaya qarşı aldıqları tədbirlər sayəsində vəziyyətin nəzarət altında olduğunu deyib.