Press "Enter" to skip to content

Bu, heç də təsadüfi deyil

Emin Həsənli

Son yeniləmə: 12 İyun 2023 13:42

Emin Həsənli: Yeni artımlar daha çox Qarabağın bərpasına, həmçinin hərbi və təhlükəsizlik sahələrinə ayrılıb

BAYRAQDAR MEDİA – “Çox sevindirici haldır ki, Azərbaycan dövlətinin gəlirləri xeyli artıb və dövlət büdcəsinə yenidən baxmağa ehtiyac yaranıb. Yeni artımlar daha çox Qarabağın bərpasına, həmçinin hərbi və təhlükəsizlik sahələrinə ayrılıb”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O, qeyd edib ki, bu iki sahəyə xüsusi diqqət ayrılması heç də təsadüfi deyil: “Birincisi, Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda quruculuq-bərpa işlərini sürətlə aparır. O yerlərin doğma sakinlərinin öz yurd-yuvalarına qayıtmaları üçün davamlı addımlar atır. Təbii ki, bununla yanaşı ölkəmizin hərbi qüdrətinin daha da artması və təhlükəsizliyinin təmin olunması da ön sırada dayanır. Bildiyimiz kimi hər il dünya miqyasında yeni-yeni silah-sursat, hərbi texnika istehsal olunur. Azərbaycan dövləti də öz ordusunun daha müasir silahlarla təmin olunması üçün lazım olan bütün addımları atır”.

E.Həsənlinin sözlərinə görə, bununla yanaşı hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb: “Cənab Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Məhz buna görə də ölkəmizdə bu işlər də davamlı xarakter daşıyır. Azərbaycan büdcəsində hər zaman bu sahəyə xüsusi diqqətlə yanaşılır. Ölkəmizdə şəhid ailələrinə, qazilərə, o cümlədən Cernobıl iştiakçılarına evlər verilir. Onların sosial müavinət və pensiyaları davamlı olaraq artırılır”.

Mission News Theme by Compete Themes.