Press "Enter" to skip to content

“35 ildən sonra” tamaşasının premyerası olacaq

35 ildən sonra

BAYRAQDAR MEDİA – İyunun 16-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində İsveç dramaturqu Benqt Alforsun “İllüziya” pyesi əsasında hazırlanan “35 ildən sonra” adlı tamaşanın premyerası keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 12-də sözügedən Teatrdan daxil olub.

Xəbərdə deyilir ki, “teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan “35 ildən sonra” tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afanasyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Əməkdar artist Elnur Bəhramxan, Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər. Bir hissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin, doğmalığının fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasından bəhs edir”.

Mission News Theme by Compete Themes.