BAYRAQDAR MEDİA – İyunun 10-da Azərbaycan Dövlət Pantomim Teatrında görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” pyesinin motivləri əsasında eyniadlı tamaşa nümayiş olunub.
Tamaşada rolları Əməkdar artist Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Səbirə Həsənova, Elnur Rzayev, Nuridə Musabəyli, Elxan Şahaliyev, Solmaz Bədəlova, Jalə Novruzova, Cavad Nuriyev, Hüseyn İsmayılov ifa edib.
Nümayişdən sonra quruluşçu rejissor, Əməkdar artist Bəhruz Vaqifoğlu BAYRAQDAR MEDİA-ya bildirib ki, “səhnə əsəri üç aya hazırlanıb. Tamaşanın adı “Hüseyn Cavidin “İblis” əsərinin əsasında plastik düşüncə” kimi gedir və əsərdən burada heç bir əsər-əlamət yoxdur. Yəni o əsərin təsiri altında yaranmış plastik bir düşüncədir. Bununla biz bütün dünyada baş verənləri, dünya rəssamlarının, sənətkarlarının portretlərini bu əsərə gətirib hər birinə bir məna yükləmək istəmişik”.
Rejissor onu da deyib ki, bir dəfə özü də tamaşada aktyor kimi rol alıb.
Qeyd edək ki, tamaşanın rəssamı Xəyyam Səmədov, quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, xoreoqrafı Əməkdar artist Səbinə Hacıyevadır.