Press "Enter" to skip to content

“Biganə məşuq” tamaşasının premyerası olub

BAYRAQDAR MEDİA – İyunun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində fransız dramaturqu Jan Koktonun “Biganə yaraşıqlı” pyesi əsasında hazırlanan “Biganə məşuq” adlı tamaşanın premyerası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 10-da sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “teatrın yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış Jan Koktonun “Biganə məşuq” tamaşası ümumbəşəri duyğular fonunda qadın, kişi münasibətlərindən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir. Baş rolları Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə ifa edirlər”.

Sonra xəbərdə qeyd olunur ki, “bir hissəli səhnə əsəri fransız müğənnisi Edit Piafın yaşadığı ağır həyatı, xəstəlik həddinə çatan sevgisini təsvir edir. Əsərdə Lyüsi adlı müğənni çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq… Bu ciddi kontrastın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır”.

Mission News Theme by Compete Themes.