Press "Enter" to skip to content

Yeton Şakiri: 1 sentyabra hazırıq

Yeton Şakiri

Son yeniləmə: 9 İyun 2023 16:38

BAYRAQDAR MEDİA – “Sentyabrın 1-də biz yeni dərs ilinə daha hazırlıqlı başlayacağıq. Ötən il üzləşdiyimiz problem bu il olmayacaq”.

Bunu Quzey Makedoniyanın təhsil və elm naziri Yeton Şakiri deyib.

Yeni Balkan xəbər verir ki, o, “Milli Komissiya tərəfindən təsdiq edilmiş bütün dərsliklər təsdiq olunma tarixindən asılı olmayaraq dərhal nazirin imzası ilə çapa buraxılır. Səhvlərin olduğu dərsliklərlə bağlı bütün məktəblərə və lazımi yerli təlimatlarımızı göndərdik” deyə əlavə edib.

Nazirlin sözlərinə görə, bundan əlavə, bu kitabların geri götürülməsi və yenidən hazırlanması üçün lazımi tədbirlər görülüb: “Texniki səhvlərə gəlincə, biz müəlliflərlə danışırıq və bu səhvləri minimuma endirməyi hədəfləyirik. Bu dəfə 1 sentyabra hazırlıqsız qalmayacağıq, keçən il problemləri həll etmişik, bütün tələbələrimiz kitab alacaq”.

Mission News Theme by Compete Themes.