BAYRAQDAR MEDİA – Xaricdəki Türklər və Əqraba İcmalar İdarəsin (YTB) Türkiyədə təhsil alan türk əsilli tələbələrə təhsil dəstəyi verir.
Serbiyanın Sancak bölgəsində yerləşən Yeni Pazar Türk Mədəniyyət Mərkəzinin tələbələri “Qardaşlıq layihəsi” çərçivəsində YTB-də olublar.
YTB-nin prezidenti Abdullah Eren sosial media hesabında paylaşım edib.
“Serbiyanın Sancak bölgəsində fəaliyyət göstərən Novi (Yeni) Pazar Türk Mədəniyyət Mərkəzinin tələbələri YTB-nin dəstəyi ilə Türkiyədədir. Ortaq dəyərlərimizi yaxından tanıdıqca birliyimiz güclənir. Qardaşlarımızın yanında olmağa və onlara dəstək olmağa davam edəcəyik” deyib.
Sırbistan’ın #Sancak bölgesinde faaliyet yürüten Novi Pazar Türk Kültür Merkezi’nin öğrencileri #YTB desteğiyle #Türkiye🇹🇷’deler.
Müşterek değerlerimizi yakından tanıdıkça beraberliğimiz daha da güçleniyor!
Kardeşlerimizin yanında durmaya, onlara destek olmaya devam edeceğiz. pic.twitter.com/VNFzYCe0Rf
— Abdullah Eren (@abdullah_eren) June 5, 2023