Son yeniləmə: 9 İyun 2023 12:49
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Üsküdar Universitetinin rektoru Nazifə Güngör, “European Culture Center” təşkilatının direktoru, Üsküdar Universitetinin doktorantı Könül Vəlibəyli Azərbaycan Mətbuat Şurasında olublar.
Bu barədə BAYRAQDAR MEDİA-ya Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan MŞ sədri Rəşad Məcid onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib: “O bildirib ki, Şura əsas missiyasına uyğun olaraq cəmiyyət üzvlərinin media ilə bağlı şikayətlərini araşdıraraq qərarlar çıxarır. MŞ-nin beynəlxalq əlaqələrə daim üstünlük verdiyini diqqətə çatdıran R. Məcid bu münasibətlərdə qardaş Türkiyə mediası və jurnalist təşkilatları ilə təmasların mühüm önəm daşıdığını da qeyd edib. Şura sədri, həmçinin, ölkəmizdə türk dövlətlərinin və xalqlarının əməkdaşlıq məsələləri ilə bağlı çoxsaylı tədbirlərin gerçəkləşdirildiyini vurğulayıb”.
Rektor Nazifə Güngör Azərbaycanın mediası ilə tanışlığın onun üçün böyük önəm daşıdığını bildirib və Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Rektor Üsküdar Universitetinin kadr hazırlığından, müəllimlərin peşəkarlığından, beynəlxalq təcrübənin mənimsənilməsi sahəsində görülən işlərdən də danışıb. N.Güngör Mətbuat Şurası ilə birgə layihələrin icrasında maraqlı olduğunu da vurğulayıb”.