Press "Enter" to skip to content

Quzey Makedoniyada təhsil ili başa çatır

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada yuxarı sinif şagirdləri üçün iyunun 9-da, ibtidai sinif şagirdləri üçün isə iyunun 14-də tədris ili başa çatır.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Bildirilib ki, Lisey şagirdləri üçün 2022-2023-cü tədris ili 9 iyunda başa çatacaq. İbtidai sinif şagirdləri üçün yay tətili iyunun 14-dən başlayacaq.

O da qeyd edilib ki, məktəblərin qızdırılması üçün elektrik enerjisinə qənaət məqsədilə qış tətilinin uzadılması ilə əlaqədar tədris ilinin ikinci semestri yanvarın 18-də deyil, yanvarın 23-də başlayıb. Bildirilib ki, Təhsil və Elm Nazirliyi tərəfindən daha 3 gün uzadılan tədris ili ilə bağlı məktəblərə göndərilən təşkilati işlərin siyahısında bu tarixlər dəyişdirilib.

Mission News Theme by Compete Themes.