Press "Enter" to skip to content

Müştərilər üçün yüksək keyfiyyət və xidmət

Sərgidən

Son yeniləmə: 9 İyun 2023 14:50

“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən yerli şirkətlərin sərgisinə qatılan qurumlar bu prinsipi əsas tuturlar

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi iyunun 8-də “Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayıb.

Azərbaycanda biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır

Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur. İyunun 10-dək davam edəcək sərginin başlıca üstünlüyü burada iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır.

Emin Eminli
Emin Eminli

Biz də sərgiyə dəvətdən yararlanaraq burada öz stendləri ilə təmsil olunan bəzi şirkətlərin təmsilçiləri ilə həmsöhbət olduq. İlk həmsöhbətimiz “Global Logistics Services MMC”-nin direktor müavini Emin Eminli dedi ki, onlar yük daşınması, logostika ilə məşğuldurlar: “Həmçinin Avropa və Amerikadan mink avtomobillərinin Azərbaycan bazarına çatdırlmasını təşkil edirik. Ümumiyyətlə, “Global Logistics Services MMC” çoxşaxəli logistika xidmətləri təklif edən yerli daşınma brendidir. Şirkətimiz, bir neçə il öncə yaranmasına baxmayaraq, xidmət keyfiyyəti və yüksək korporativ standartları ilə daşınma sektorunda qabaqcıl şirkətlər arasında özünəməxsus yer tutmuşdur. Biz, müştərilərimizin ehtiyaclarını və problemlərini və qarşıya qoyulan məsələləri həll etməyi hədəfləyən keyfiyyətli xidmətlər təklif edirik”.

Səhər Vəlizadə
Səhər Vəlizadə

“Moon Group” şirkətinin təmsilçisi Səhər Vəlizadə qeyd etdi ki, şirkət 2008-c ildən fəaliyyət göstərir: “Azərbaycanda dövlət və özəl müəssisələrə xidmət göstərməkdədir. “Moon Group” peşəkar kadr heyəti və müasir avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda bir çox ölkələrdən Azərbaycana məhsulların idxalını həyata keçirməkdədir. Anbarımızda müxtəlif çeşidli məhsulların sayı kifayət qədərdir. Hər büdcəyə uyğun məhsullarımız mövcuddur. Əsas məqsədimiz müştərilərimizə keyfiyyətli xidmət göstərməklə onları məmnun etməkdir. “Moon Group” 3 əsas sahə üzrə fəaliyyət göstərir: 1. Mətbəə məhsullarının istehsalı: Vizitkart, flayer, buklet, diklet, etiket, firma blankı, qeyd kağızları, kataloq, jurnal, blaknot, kitabça, qaimə, poster, dəvətnamə, açıqca, zərf, təqvim, kağız çanta və s. 2. Promo məhsullarının hazırlanması (məhsulların üzərində çap): Qələmlər, qələm qutuları, fincanlar, yaddaş kartları, powerbanklar, saatlar, kepkalar, köynəklər, kart qabları, hədiyyə dəstləri, plaketlər, yaxa kartları, rozetlər, masa üstü bayraqlar, maqnitlər, avto-qoxular və s. 3. Reklam məhsullarının hazırlanması: Vinil çap, banner çap, vinil kəsimi, reklam lövhələri, roll up-lar, brandwall-lar və s”.

Sərgi zamanı
Sərgi zamanı

Sərgidə maraqla izlənən stendlərdən biri də “Unisell” şirkətinə məxsus idi. Məlumat üçün bildirək ki, 2019 -cu ildə fəaliyyətə başlayan şirkət, İT avadanlıqlarının, noutbukların, kompüterlərin, printerlərin, şəbəkə avadanlıqlarının, aksesuarların (siçan, klaviatura, çantalar, flaş kartlar və s.) satışı, kartriclərin və onların hissələrinin satışı və yanacaq doldurulması ilə məşğuldur.

Gövhər Əlizadə
Gövhər Əlizadə

NASTEP MMC-nin təmsilçisi Gövhər Əlizadə isə dedi ki, təmizləyici vasitələr, həmçinin innovativ inşaat materiallarının satışı ilə məşğuldurlar: “Şirkətimizin əsası 2007-ci ildə qoyulmuşdur. 2019-cu ildən isə Azərbaycanda NASTEP (New Age Sevises Tekhnologies and Products) MMC olaraq fəaliyyət göstəririk. Əsas fəaliyyət sahələrimiz bunlardır: Orqanik qida məhsulları, müxtəlif sahələrdə istifadə olunan ekoloji təmiz kimyəvi məhsullar, özəl inşaat materialları və spesifik tekstil məhsullarıdır. Bu fərqli sahələrdə istifadə olunan məhsulları birləşdirən amillər; innovativlik, ekolojiklik, ekonomiklik və effektivlikdir”.

Elxan Əsədov
Elxan Əsədov

“Bakı Yem” MMC də yerli istehsalla məşğul olur. Şirkət təmsilçisi Elxan Əsədov dedi ki, heyvan və quşçuluq təsərrüfatında vacib olan yem istehsalı ilə məşğuldurlar: “Bakı Yem” MMC etibarlı ve keyfiyyətli xidmət verən, müasir texnologiyalara sahib, Azərbaycandakı oxşar quruluşlara nümunə olan, insana və əməyə xidmət edən bir müəssisədir. İşimizdə əkdiyimiz keyfiyyət toxumlarını əməkdaşlığa çevirmək, keyfiyyətimizi Azərbaycanın dörd bir tərəfinə yaymaq üçün varıq. Yemlərimiz müştərilərimizin ehtiyacı doğrultusunda dəyişik növdə pələt, qranul və incə toz formalarda istehsal olunur”.

Anar İbayev deyir ki, müştəirlərə keyfiyyətli məhsullar təqdim edilir
Anar İbayev deyir ki, müştəirlərə keyfiyyətli məhsullar təqdim edilir

Anar İbayev isə İBB Group MMC-ni təmsil edir. Onun sözlərinə görə, şirkət 2009-cu ildə “Eviçi” mağazası olaraq fəaliyyətə başlayıb: “Öncə mağaza kimi fəaliyyətə başladıq. 2020-ci ildə isə artıq İBB Group MMC olaraq müştərilərə xidmət edirik. Xaricdən ayaqaltı üçün rezin məhsullar idxal edib, satışını təşkil edirik. Şirkətin xarici ölkələrdən gətirdiyi 300-dən şox çeşid Azərbaycanın bütün bölgələrində satılır”.

Sərgiyə gələnlər Əməkdar artist Bəhram Bağırzadənin kitablarını ala və müəllifə imzalada bilirlər
Sərgiyə gələnlər Əməkdar artist Bəhram Bağırzadənin kitablarını ala və müəllifə imzalada bilirlər

Almet Trading Baku QSC isə yüksək keyfiyyətli polad və dəmir məhsulları istehsal edir. Qeyd edildi ki, əvvəllər metal həsir istehsalı əl əməyi ilə edilirdi, nəticədə vaxt itkisi və layihə xərcləri artırdı. Hər bir həsir fərdi şəkildə qaynaq edilməsi, səmərəsizliyə və resurs istehlakına səbəb olurdu. Hazırda isə qabaqcıl texnologiyalar sayəsində “Almet Trading Baku” tam avtomatlaşdırılmış metal həsir istehsal prosesini həyata keçirir.

Nadir Azəri
Nadir Azəri

Beləliklə, görünən odur ki, sərgidə işirak edən şirkət və qurumlar müştərilərə keyfiyyətli xidmət üçün çalışırlar. Eyni zamanda hər belə sərgi yeni əməkdaşlıqların da əsasını qoyur.

Mission News Theme by Compete Themes.