Son yeniləmə: 9 İyun 2023 09:39
BAYRAQDAR MEDİA – KKTC-də aralıq sekilərinə hazırlıq davam edir. Bu arada Ulusal Birlik Partiyasının (UBP) fəxri sədri və 3-cü prezident Derviş Eroğlunun həyat yoldaşı Meral Eroğlu Gönyelidə qadınların təşkil etdiyi dəstək tədbirinə qatılaraq Ali Başmana uğurlar arzulayıb.
Haber Kibris xəbər verir ki, duygusal dialoqa səhnə olan görüşdə Meral Eroğlu keçmişə qayıdıb, Ali Başmana məsləhətlər verib.
M.Eroğlu “Mən Alinin uşaqlığını bilirəm” deyən Başman ailəsi ilə ortaq ağrı və sevinc yaşadıqlarını vurğulayıb.
İtirdiyi qardaşı Hasan Ahmete bağlılığı ilə tanınan M.Eroğlu, “Məsələn, itirilmiş qardaşım Hasanın ən yaxın dostlarından biri Mustafa Başman idi. Birlikdə əziyyət çəkdik, övladlarımızın dünyaya gəlməsinə birlikdə sevindik” deyib.
M.Eroğlu, həmçinin Derviş Eroğlunun prezident olaraq və Mustafa Başmanın vitse-prezident olaraq MTG çempionatlarında birlikdə çalışdığını ifadə edərək, iki ailə arasındakı dostluğun yarım əsrdən çox əvvələ gedib çıxdığını söyləyib: “Mən çox şadam ki, Ali Başmanın namizədliyi irəli sürülüb. Bilirəm ki, o, partiyamızı gücləndirəcək, ölkəmizə yaxşı xidmət edəcək. Mən də ona məsləhət verdim. Əvvəla, bilirəm ki, o, yaşadığı ölkəni sevir. Ali Başmana uğurlar arzulayıram. Onun bu yolun sonunda uğur qazanacağına tam inanıram”.