Press "Enter" to skip to content

Kitab tanıtma: “Sözünə güvən”

Sözünə güvən

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında nəşrlər sırasında Rəşad Bayramovun “Sözünə güvən” kitabı da yer alır.

Kitabın girişində “düşünərək yaşayanlar üçün…” ifadəsi qeyd olunub.

Nəşr öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş peşəkarlar üçün yazılıb. Kitabda auditoriya qarşısında çıxışçıların on prinsipi izah edilib. Hər prinsip gündəlik həyatdan misallarla təsvir edilib və düzgün tətbiq üçün asan vasitələrlə zənginləşdirilib. Kitab haqqında bildirilir ki, oxucular auditoriya qarşısında narahatlığını müsbət enerjiyə, darıxdırıcı məsələləri maraqlı hekayələrə, cansız slaydları rəngarəng təqdimata çevirməyin yollarını biləcəklər. Ən önəmlisi isə onlar öz çıxışları ilə auditoriyanı hərəkətə gətirməyə qadir olacaqlar.

Kitab “Auditoriyanı tanıyın”, “Nitqinizi düzgün qurun”, “Həyəcanınızı cilovlayın”, “Bədən dilindən istifadə edin”, “Səsinizdən düzgün istifadə edin”, “Auditoriyanı söhbətə cəlb edin”, “Əhvalat danışın”, “Auditoriyanın reaksiyasına fikir verin”, “Məkanı tanıyın”, “Məşq edin” kimi əsas başlıqlardan ibarətdir.

Nəşrin buraxılışına məsul şəxsi Nurman Tariq, məsləhətçi və ixtisas redaktoru filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu, redaktorlar texniki elmlər üzrə fəlsəfə doktoru Araz Yusuf, Azər Elşadoğlu, korrektoru Turac Eldarqızıdır.

Mission News Theme by Compete Themes.