Son yeniləmə: 9 İyun 2023 11:36
BAYRAQDAR MEDİA – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Asiya İnkişaf Bankının (AİB)nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 9-da Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə AİB-in Dövlət-Özəl Tərəfdaşlıq Ofisi tərəfindən 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycanın Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb: “Bundan əlavə, dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, vahid internet portalı vasitəsilə hökumətin satınalma planları, tenderdə iştirak imkanlarına dair müzakirələr həyata keçirilib. Sonda keyfiyyət infrastrukturu sahəsində insan resurslarının və institusional potensialın artırılması istiqamətindəAsiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib”.