BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun təşkilatçılığı ilə növbəti dəfə həyata keçirilən “Hədiyyə Karvanı” layihəsi davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 8-də sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində reallaşdırılan layihə çərçivəsində şəhidlərin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılır. 1 iyun tarixindən bu günədək layihə çərçivəsində 1344 qutu aidiyyəti üzrə təhvil verilib. Daha 322 qutunun təqdim olunması prosesi isə davam edir”.
Layihədə məqsəd uşaqlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, layihənin logistika dəstəkçisi Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” şirkətidir.