Press "Enter" to skip to content

Sadır Caparov Astanaya işgüzar səfər edib

Sadır Caparovun qarşılanması

Son yeniləmə: 8 İyun 2023 09:50

BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov iyunun 7-də Astana Beynəlxalq Forumunda iştirak etmək üçün Astanaya işgüzar səfərə gedib.

Bulak.kg xəbər verir ki, Prezidentin təyyarəsi Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına enib: “Sadır Caparovu Qazaxıstan Baş nazirinin müavini Altay Kulginov qarşılayıb”.

Qeyd edilib ki, səfər çərçivəsində Sadır Caparov forumun “Dialoq vasitəsilə çağırışların aradan qaldırılması: əməkdaşlıq, inkişaf və tərəqqi yolu ilə” mövzusunda keçiriləcək plenar iclasında iştirak edəcək: “Bu dialoq platforması çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulur. Forum Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin himayəsi altında keçirilir və xarici siyasət və beynəlxalq təhlükəsizlik, beynəlxalq inkişaf və davamlılıq, enerji və iqlim dəyişikliyinə həsr olunub”.

Mission News Theme by Compete Themes.