BAYRAQDAR MEDİA – İyun ayı boyunca Azərbaycan Milli İncəsənət Muzeyi “Bədii lövhələr” silsiləsindən balaca ziyarətçiləri üçün yeni ustad dərsi proqramını təqdim edir.
Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “proqramda kiçik rəssamlar təsviri sənətin həm natürmort, həm də mənzərə janrı ilə tanış olmaq fürsəti qazanacaqlar. Sehrli rənglər aləminə qərq olan balacalar Azərbaycanın korifey rəssamlarından Tahir Salahovun Abşeron mənzərəsi fonunda yer alan natürmortunu və Tofiq Cavadovun bənzərsiz təbiət mənzərəsini addım-addım imitasiya edəcəklər”.