BAYRAQDAR MEDİA – MHP-nin rəsmi sosial media hesabından “Bu mənə yetər” başlıqlı video paylaşımı edilib.
Paylaşımın TBMM sədri seçkilərindən sonra edilməsi diqqət çəkib.
Videopaylaşımda Devlet Bahçelinin 06 TCD 009 dövlət nömrə nişanlı Volvo 760 model klassik avtomobilinin sükanı arxasında Ankarada tura çıxdığı anlar var.
Videopaylaşımda Ferdi Tayfurun “Bu mənə yetər” mahnısı səslənir.
Videoda avtomobilin arxa güzgüsindəki nəzər muncuqlu muska, Bahçelinin üzüyü və təsbehi, həmçinin, günəş eynəyi də diqqət çəkir.
Bu bana yeter… pic.twitter.com/1UO3CbawXs
— MHP (@MHP_Bilgi) June 7, 2023