Son yeniləmə: 8 İyun 2023 12:02
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Baş nazir Dimitar Kovaçevski ilə ana müxalifət partiyası VMRO-DPMNE-nin sədri Kristian Mikkoski arasında konstitusiya dəyişikliyi ilə bağlı görüş başa çatıb.
Yeni Balkan xəbər verir ki, hər iki lider qarşılıqlı olaraq şərtlərini ortaya qoyublar: “Görüşdən sonra mətbuata açıqlama verən VMRO-DPMNE sədri K.Mickoski, D.Kovachevskinin ona hökumət ortaqlığına daxil olmağı təklif etdiyini və bunun müqabilində konstitusiya dəyişikliyinə dəstək vermələrini istədiyini söyləyib. K.Mickoski açıqlamasında, “D.Kovaçevski parlamentdə geniş müzakirələr aparmağı və üçdə iki səs çoxluğu ilə Konstitusiya dəyişikliyinə səs verməyi, sonra isə VMRO-DPMNE-nin də daxil olacağı koalisiya hökumətinin yaradılmasını təklif etdi. Həmçinin konstitusiya dəyişikliyi başa çatanda həmin hökumətin növbədənkənar seçkiləri təşkili etməsinin ideyasını irəli sürdü. Bizə verilən bu təklifi anlayışla qəbul edirik, ancaq bir şərtlə; VMRO-DPMNE SDSM-nin koalisiya təklifini yalnız BDI həmin hökumətə daxil edilmədiyi təqdirdə qəbul edə bilər” deyib”.
D.Kovaçevskinin mümkün yeni hökumətdə SDSM-nin 10 nazirliyindən 5-nin VMRO-DPMNE-yə verilə biləcəyini də ifadə etdiyi öyrənilib.